ITALIABRAVA BaBylissPRO™ ilə FERRARİ arasında əməkdaşlığın ən son nümunəsi olub peşəkarlar üçün möhtəşəm hədiyyə hesab edilə biləcək fendir.
İtaliya istehsalı olan bu fen eksklüziv MaxlifePRO™ fırçasız mühərriki ilə təchiz edilmişdir.
İstismar müddəti 10 000 saatdır!
Yüngüldür
MaxlifePRO™ fırçasız mühərrikindən istifadə olunduğuna görə daha yüngüldür.
Vibrasiya səviyyəsi aşağıdır
Kipləşdirici və plastik sürtgü materialı ilə germetikləşdirilmiş podşipniklər sayəsində sürtünmə və vibrasiya əhəmiyyətli dərəcədə azaldılmışdır.
Gərginlikdə baş verən dəyişikliklərə baxmayaraq hava axınının sürəti və havanın təzyiqi sabit qalır
Güclü tənzimləyici elektron sistemlər sayəsində elektrik enerjisi ilə təchizatın keyfiyyətindən və cərəyan gərginliyində baş verən dəyişikliklərdən asılı olmayaraq fen ən yüksək istismar göstəriciləri ilə işləməyə davam edir.
Maksimal qurutma
Adi fenlərə nisbətən hava axınının sürəti 15% artırılmışdır.
Turbo gücləndirici funksiyası hava axınının gücünü optimallaşdırmaqla fenin qurutma qabiliyyətini maksimum səviyyədə saxlayır
Soyuq hava düyməsi saç düzümünün fiksasiyasına kömək edir.
Komfortlu və erqonomik
Erqonomik və balanslaşdırılmış dizaynı sayəsində əllər yorulmur və əzələ ağrılarına səbəb olmur.
Çıxarılıb taxılan səs azaldıcı filtr.