Oksigen-orqanizmimizin hüceyrələrinin fəaliyyəti üçün həddindən artıq lazımlı elementdir.Yaşa dolduqca hüceyrələrin oksigen ilə təchizatı azalır,bu da dərininqocalmasına və lırtlaşmasına gətirib çıxarır.Orqanizmimizdə oksigenin azalması immun sisteminin zəifləməsinə səbəb olur və qocalma prosesini tezləşdirir. Təmiz oksigenin istifadəsi ilə prosedurlar dərinizə yeni həyat bəxş edəcək,onun elastikliyini qaytaracaq və qocalma prosesini zəiflədəcək,kollagenin yaranmasını stimullaşdıraraq dərinin lırtlaşmasını qarşısını alır.
Aparat həmçinin detoksikasiya etməyi də bacarır və akne ilə mübarizədə əla nəticələr əldə etməyə imkan yaradır. Oksigen qurğu ilə püskürtmə üsulu ilə verilir.Bu üsul ilə o,müxtəlif kosmetik preparatlarına da püskürdülə bilir.Seçdiyiniz prosedura əsasən aparat sizə 3 növ aplikatordan istifadə imkanı verir.Onlardan birinin püskürtmək üçün qabı var və onun sayəsində nəticələrin optimizasiyası mümkün olur.
Təlim dərinin tam və dərindən təmizlənməsi,ölmüş hüceyrələrin aradan qaldırılması və beləliklə təzə dərini oksigen qəbulu üçün hazırlamağa imkan yaradır.Məsamələrin genişdirilməsi yüksək keyfiyyətli kosmetik preparatların püskürdülmüş oksigen ilə birgə dəriyə hopmasını təmin edir.
Oksigen terapiyası akne ilə mübarizədə ,qırışların əmələ gəlməsinin qarşısını almaqda və dəridə olan çatışmazlıqları aradan qaldırmağa effektivdir.30 yaşından sonar bütün növ üz,əl,boyun,dekolte və omba dərisi üçün tövsiyyə olunur